Bakıda QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Posted by

Bakıda QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilirBakıda QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Bakıda QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Bu gün Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir.

 

“APA-Economics”in xəbərinə görə, iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə ediləcək və qəbul olunacaq. Sözügedən sənədlər QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü il 1-2 dekabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb. Bu iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik Fəaliyyət Planı da müzakirə edilərək qəbul olunacaq.

 

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan olan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir. Türkiyənin elm, sənaye və texnologiya naziri Işık Fikri, Bolqarıstanın təhsil və elm naziri Todor Tanev, Rusiyanın təhsil və elm nazirinin müavini Venyamin Kaqanov, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Viktor Tvircun və katibliyin icraçı direktoru səfir Bratislav Dordevic, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, bir sıra ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət qurumlarının nümayəndələri iştirak edirlər.

 

Fəaliyyət Planında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunu reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb.

 

Apa.az