Bakıda “Qanunvericiliyin Təsirinin Qiymətləndirilməsi” mövzusunda seminar keçirilir

Posted by

Bakıda "Qanunvericiliyin Təsirinin Qiymətləndirilməsi" mövzusunda seminar keçirilirBakıda “Qanunvericiliyin Təsirinin Qiymətləndirilməsi” mövzusunda seminar keçirilir

Bakıda "Qanunvericiliyin Təsirinin Qiymətləndirilməsi" mövzusunda seminar keçirilir

Bu gün Bakıda “Qanunvericiliyin Təsirinin Qiymətləndirilməsi” mövzusunda seminar keçirilir.

 

APA-Economics”in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda qanunun qəbulu yollarından danışıb. Komitə sədri bildirib ki, Azərbaycanda qanunvericilik bazası daim təkmilləşdirilir.

 

“Təkcə qanunların qəbul ilə iş bitmir. Qanunun qəbulundan sonra onun icrası məsələsi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, bu seminar xarici təcrübələrin öyrənilməsinə kömək edəcək”, – deyə millət vəkili qeyd edib.

 

Vergilər Nazirliyinin vergi siyasəti və strateji tədqiqatlar Baş idarəsinin rəisi Akif Musayev isə bildirib ki, qanunvericiliyin qiymətləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir. O, xüsusilə qanunvericiliyin gələcək təsirlərinin qiymətləndirilməsinin mühüm olduğunu düşünür. A. Musayev Vergilər Nazirliyində bu istiqamətdə tədbirlərin həyata keçirildiyini söyləyib.

 

Beynəlxalq ekspert Skott Ceykobs (Scott Jacobs) qanunvericiliyin təsirinin qiymətləndirilməsi məqsəd və nəticələrindən danışıb. Ekspert qeyd edib ki, qanunvericiliyin təsirinin qiymətləndirilməməsi müəyyən risklər yaradır. O, hesab edir ki, qiymətləndirmənin aparılmaması ilk növbədə xərclərin çoxalmasına gətirib çıxarır. Üstəlik qanunun nəticələrinin nəzərə alınmaması müəyyən problemlər yaradır. Bunu əsas gətirən mütəxəssis qanunvericiliyin təsirinin qiymətləndirilməsi alətindən istifadəni məqsədəuyğun sayır.

 

Apa.az