Bakıda piyada keçidinin çökməsi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Posted by

Bakıda piyada keçidinin çökməsi barədə yayılan məlumatlara aydınlıq gətirildiBakıda piyada keçidinin çökməsi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Bakıda piyada keçidinin çökməsi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Azərbaycanın bəzi KİV-lərində Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin çökməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Yayılan məlumatların əsassız olduğunu deyən ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, çökmə piyada keçidinin yuxarı ətrafında köməkçi avtomobil yolunda baş verib: “Bizim əməkdaşlar həmin yerə təhkim olundu, aidiyyəti yol istismar müəssisəsi tərəfindən də ora müvəqqəti material verildi və problem tam aradan qaldırılmaqla hərəkət bərpa olundu. Hələ ki, hava şəraiti həmin ərazini qazıb çökmənin səbəbini müəyyən etməyə imkan vermir. Hazırda həmin hissə yol istismar müəssisəsinin nəzarətindədir. Hava normallaşan kimi həmin ərazini qazıb orada çökmənin səbəbini araşdıracağıq. Səbəb tapıldıqdan sonra bərpa işləri də aparılacaq”.

 

Yolun hansı səbəbdən çökməsi mümkünlüyünə gəlincə isə P.Mürsəliyev vurğulayıb ki, müxtəlif səbəblər ola bilər: “Həmin ərazidə vaxtilə kommunikasiya xətləri dəyişdirilib, təxminən 10 gün öncə orada kommunikasiya xəttində problem baş vermişdi. 3-cü versiya isə odur ki, ola bilsin, su yol yatağını yuyur, ya da ola bilsin ki, kommunikasiya xətti keçirildikdən sonra torpaq yatağı düzgün kipləşdirilməyib. Hər halda hava normallaşandan sonra həmin ərazi qazılıb dəqiq səbəb müəyyən ediləcək. O ki qaldı piyada keçidinin çökməsinə, bu, cəfəngiyyatdan başqa bir şey deyil. Çökən yolun piyada keçidi ilə heç bir bağlılığı yoxdur”.

 

Trend.az