Bakıda “NATO-nun Psixoloji Əməliyyatları” mövzusunda təlim kursu keçirilir

Posted by

Bakıda "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu keçirilir Bakıda “NATO-nun Psixoloji Əməliyyatları” mövzusunda təlim kursu keçirilir

Bakıda "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu keçirilir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun Psixoloji Əməliyyatları” mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını zənginləşdirəcəklər.

Kurs ərzində NATO-nun informasiya əməliyyatları ilə bağlı siyasəti, böhranlara cavab əməliyyatlarının mahiyyəti, qanunvericilik baxımından həmin əməliyyatların keçirilməsi prinsipləri, psixoloji əməliyyatlar və media məlumatlarının təhlili, o cümlədən, digər məsələlər barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılacaq.

Təlim kursu sentyabrın 18-dək davam edəcək.

 

Trend.az