Bakıda keçiriləcək II Global Shared Societies Forumuna hazırlıq işləri müzakirə olunub

Posted by

Bakıda keçiriləcək II Global Shared Societies Forumuna hazırlıq işləri müzakirə olunub

 

Bakıda keçiriləcək II Global Shared Societies Forumuna hazırlıq işləri müzakirə olunub

Bakıda keçiriləcək II Global Shared Societies Forumuna hazırlıq işləri müzakirə olunub

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyyətinin üzvü cənab Petar Stoyanov tərəfindən aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Global Shared Societies Forumuna hazırlıq müzakirələri təşkil olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bütün dünyanı narahat edən Minilliyin İnkişaf Proqramının ilkin öhdəliklərinin 2015-ci ildə yekunlaşması və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun bu problemi müzakirə mövzusu olaraq götürməsi BMTnin 2015-ci il Forumuna hazırlıq mərhələsində ən nüfuzlu və önəmli tədbir sayıla bilinər.

Beləki Forumda ilkin olaraq dünyanın 50-dən çox ölkəsindən 60-a yaxın sabiq və cari Prezidentlər və Baş Nazirlərin, o cümlədən dünyanın tanınmış ictimai və elm xadimlərinin, nobel mükafatçılarının qatılması nəzərdə tutulubdur.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun təşkilatçılığı o cümlədən Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və bu qisimdə olan ən nüfuzlu təşkilatların birgə fəaliyyəti ilə reallaşacaqdır.

Forum çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI İdarə Heyyətinin toplantısı və I Baş Assambleyası (25 sabiq Prezidentin daxil olduqu Birlik), Madrid Klubunun İdarə Heyyəti toplantısı və Mərkəzlə keçiriləcək VII Koordinasiya toplantısı, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə olacaq I Koordinasiya toplantısınında keçirilməsi planlaşdırılır.

 

Trend.az