Bakıda Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans başlayıb.
APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri iştirak edir.
Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib ki, bu, UNESCO-nun elan etdiyi 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü və 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş silsilə tədbirlərdən biridir: “Aprelin 24-ü qondarma “erməni soyqırımı” günüdür. Məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Erməniçilik folklor yaradıcılığının bir növünə – mif yaradıcılığına çox meyllidir. Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” gətirmək, haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” qazanmaqdır. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır”.
Apa.az