Bakıda əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün əlavə dərslər keçirilir

Posted by

Bakıda əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün əlavə dərslər keçirilir

 

Bakıda əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün əlavə dərslər keçirilir

Bakıda əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün əlavə dərslər keçirilir

 

Bakıda əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün əlavə dərslər keçirilir.

Trend Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytına istinadən xəbər verir ki, hər il olduğu kimi 2013-2014-cü tədris ili müddətində də Bakı şəhəri üzrə təhsil müəssisələrində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) himayəsində olan əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün təmənnasız olaraq müntəzəm şəkildə əlavə dərslər keçirilir. 2013-cü ilin iyun, avqust, sentyabr aylarında Əfqanıstan, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən Azərbaycana gəlmiş və BMTQAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində təşkil olunmuş Azərbaycan dili kurslarını bitirmiş 9-11 yaşları olan uşaqların müəyyən hissəsi BŞTİ və məktəb müəllimlərinin məsləhəti ilə yerli məktəblərin I siniflərinə qəbul edilib. Bununla bərabər, 2013-cü ilin oktyabrından 2014-cü ilin fevralına qədər əsasən Əfqanıstan, Pakistan və Suriyadan yeni gəlmiş 9-14 yaşlı uşaq və yeniyetmələr üçün yaşlarına və təhsil səviyyələrinə uyğun siniflər müəyyənləşdirilib.

Bu tədris ilində Bakı şəhərindəki bir sıra məktəblərdə təhsil alan 40 nəfərdən çox qaçqın və sığınacaq axtaran uşağa məktəb müdiriyyəti və müəllimləri tərəfindən fərdi və kiçik qrup şəklində mütəmadi olaraq həftədə iki dəfə əlavə dərslər keçirilib. Onlar üçün Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və rus dili fənləri üzrə “dəyirmi masa” və qrup məşğələləri təşkil olunub. Uşaqlar uzadılmış dərslərə aktiv olaraq cəlb edilib və xüsusi mövzular dərsdən kənar təhlil edilib.

 

Trend.az