Bakıda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

Posted by

Bakıda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

Bakıda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

Bakıda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 69-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Böyük Vətən müharibəsi veteranları, arxa cəbhə iştirakçıları, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərinin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular.

Daha sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov şanlı Qələbəyə neft Bakısının verdiyi töhfənin əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşdüyün bildirdi. Ümummilli liderin 91 illik yubileyi ərəfəsində olduğumuzu xatırladaraq ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı. Hər il ölkə başçısı tərəfindən imzalanan “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” və digər bu qəbildən olan Sərəncamlar göstərilən diqqətin bariz nümunəsi olaraq səciyyələndirdi.

Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.

 

Trend.az