Bakıda Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək
Noyabrın 17-də Bakıda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın V iclası keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın IV iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuridir.
BƏƏ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Apa/az