Bakıda avtobuslarda kart sistemi sürücülərə əməkhaqqının verilməsi qaydasını dəyişdirəcək

Posted by

Bakıda avtobuslarda kart sistemi sürücülərə əməkhaqqının verilməsi qaydasını dəyişdirəcək

“Bakının ictimai nəqliyyatında kart sisteminin tətbiqi prosesi başa çatdıqdan sonra gediş haqqının ödənişi tam nağdsız formaya keçiriləcək”. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

 

Onun sözlərinə görə, yeni sistemin tətbiqi prosesi başa çatanadək Bakıda avtobuslarda ödəniş nağd pulla və nəqliyyat kartları ilə həyata keçiriləcək:

 

“Kart ödəniş sisteminin tətbiqi avtobus sürücülərinə gündəlik planın müəyyənləşdirilməsi əvəzinə, fiksasiya olunmuş əməkhaqqı verməyə imkan yaradacaq”.