Bakı və Qazaxda əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib

Posted by

Bakı və Qazaxda əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilibBakı və Qazaxda əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib

Bakı və Qazaxda əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş aylığı” çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin təşkilinə dair maarifləndirmə tədbirlərini Bakı şəhərindəki və Qazax rayonundakı iri işəgötürənlərdə davam etdirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirlər zamanı işəgötürən və işçilərə əmək qanunvericiliyi, o cümlədən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı norma və standartlar, qaydalar barədə dolğun məlumatlar verilib.

 

Əmək prosesində istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi, işçilərin istehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması və s. məsələlərlə əlaqədar tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Tədbirlər zamanı əmək şəraitinin müvafiq norma və standartlara uyğun təşkil edildiyi müəssisələrdə səmərəlilik, məhsuldarlıq əmsalının da yüksəldiyi vurğulanaraq, əməyin mühafizəsi normalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də diqqətə çatdırılıb.

 

Daha sonra müəssisələrdə əmək şəraiti, işçilərin həyat və sağlamlığının qorunması üçün texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyəti nəzərdən keçirilib.

 

Trend.az