Bakı Metropoliteni paytaxtda sərnişindaşıma probleminin həllinə başlayır
“Caspian Mobility Group” müştərək müəssisəsi (BM) “Bakı Metropoliteni” QSC ilə “28 May” stansiyasından başlayan “yaşıl xətt”in (şərti olaraq U15 adlanan) tikintisi üzrə müqavilə imzalayıb. Bu barədə Trend-ə “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin direktor müavini Samir Qasımov bildirib.
“Caspian Mobility Group” Fransanın “Bouygues” şirkəti ilə birgə yaradılıb.
Onun sözlərinə görə, müqavilənin dəyəri təqribən 450 milyon manatdır. “Yaşıl xətt”in uzunluğu 3,5 kilometrdir.
S.Qasımov deyib ki, bundan başqa, “28 May” stansiyasının yenidən qurulması çərçivəsində “Akkord-Bouygues” artıq inşaat işlərinin aparılması üzrə təkliflərini təqdim edib: “Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir”.
Trend.az