Bakı Şəhər Baytarlıq İdarəsindən xəbərdarlıq: Qərara tabe olmayan kafe, restoran və şadlıq evləri bağlanacaq

Posted by

Bakı Şəhər Baytarlıq İdarəsindən xəbərdarlıq: Qərara tabe olmayan kafe, restoran və şadlıq evləri bağlanacaq

 

Bakı Şəhər Baytarlıq İdarəsindən xəbərdarlıq: Qərara tabe olmayan kafe, restoran və şadlıq evləri bağlanacaq

Bakı Şəhər Baytarlıq İdarəsindən xəbərdarlıq: Qərara tabe olmayan kafe, restoran və şadlıq evləri bağlanacaq

 

Hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir. Bu barədə Trend-ə İdarənin rəisi Aslan Aslanov bildirib.

Şəhərin baş baytarının sözlərinə görə, şadlıq evləri, kafe, restoran, ictimai iaşə obyektlərinin əksəriyyəti həkim müayinəsindən keçmiş ətdən istifadə etməlidir. Həmin obyektlərə yalnız cəmdəyi 2 və ya 4 yerə bölünmüş, üzərində həkimin möhürü və müvafiq arayışı olan ət məhsulları daxil ola bilər: “Bu qərara məhəl qoymayan, tələblərə tabe olmayan hara olursa olsun, kim olursa olsun, haqqında tədbir görüləcək. Onlara xəbərdarlıq ediləcək, cərimələnəcək, ən sərt inzibati məsuliyyətə cəlb ediləcək, amma görsək ki, öhdəsindən gələ bilmirik, o zaman həmin obyektin bağlanması haqqında qərar qəbul ediləcək”.

A.Aslanov qeyd edib ki, hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının əksəriyyəti əmrlə şəhərdəki obyektlərə ezam olunublar. Onlar dönərxana, restoran, kafe və bu qəbildən olan digər obyektlərdə, eləcə də ət məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrində sümükdən ayrılmış vəziyyətdə ət axtarırlar: “Hələlik indiyədək heç bir neqativ hal aşkarlanmayıb. Amma bir neçə gün bu qaydaları kobud şəkildə pozan ət tədarükü ilə məşğul iki obyektin cərimələnməsi və bağlanması haqqında qərar vermişik. Hətta oradakı heyvan ətini müsadirə edərək zooparka vermişik. Belə hallar olub. Hazırda bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.

İdarə rəisi bildirib ki, gücləndirilmiş iş rejiminə keçid Xaçmaz rayonunda kütləvi şəkildə at və eşşək qalıqlarının aşkar edilməsi ilə bağlıdır: “Xaçmaz rayonunda at və eşşək cəsədləri tapıldıqdan sonra Bakı şəhərində hər hansı obyektdə neqativ hal olmayıb, amma biz bunu ehtimal edirik. Ola bilər ki, həmin heyvanların ətindən Bakıya da gətirilib. Bu həyəcan, ətin sümüksüz satılmasını qadağan edən qərarın verilməsi də məhz Xaçmazdakı hadisə ilə bağlıdır. Biz də işimizi güclü şəkildə qurmağa çalışırıq ki, hər hansı xoşagəlməz hal qeydə alınmasın”.

 

Trend.az