Bakı-Böyük Kəsik dəmir yolunda təmir işlərinə başlanılıb

Posted by

Bakı-Böyük Kəsik dəmir yolunda təmir işlərinə başlanılıbBakı-Böyük Kəsik dəmir yolunda təmir işlərinə başlanılıb

Bakı-Böyük Kəsik dəmir yolunda təmir işlərinə başlanılıb

Poylu-Salahlı mənzilində 6,2 km yol əsaslı təmir olunur.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı sürətlə icra olunur.

 

Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

 

Noyabrın 13-də Poylu-Salahlı mənzilində 6,2 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri beş gün davam edəcək.

 

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

 

Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı»nin icrasi çərçıvəsində Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 354,4 km yol əsaslı təmir olunub. Bunun da 342 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

 

Trend.az