Baş Prokurorluqda Avropa İttifaqının TAİEX proqramı çərçivəsində tədbir keçirilib

Posted by

Baş Prokurorluqda Avropa İttifaqının TAİEX proqramı çərçivəsində tədbir keçirilib

 

Baş Prokurorluqda Avropa İttifaqının TAİEX proqramı çərçivəsində tədbir keçirilib

Baş Prokurorluqda Avropa İttifaqının TAİEX proqramı çərçivəsində tədbir keçirilib

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda tədbir keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Belçika Krallığının Birinci instansiya məhkəməsinin, Böyük Britaniya Kral Prokurorluğunun Şotlandiya üzrə Ağır və Mütəşəkkil cinayətkarlıqla mübarizə ofisinin hakim və prokurorlarının qatıldığı tədbirdə korrupsiya və rüşvətxorluq cinayətlərinin transmilli aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində həmin ölkələrin təcrübəsi və bu sahədə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri barədə ətraflı məlumat verilməklə təqdimatlar edilmiş, istintaq edilmiş cinayət işlərindən nümunələr göstərilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları ekspertlərə ölkəmizin hüquq sisteminin mahiyyəti, son illər korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, o cümlədən hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, bununla bağlı Cəzaların İcrası və Cinayət-Prosessual Məcəllələrinə ediləcək dəyişikliklərlə əlaqədar qanun layihələrinin hazırlanması barədə ətraflı məlumat vermişlər. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilmişdir.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

Trend.az