Baş nazirin müşaviri: Türkiyədə prezident seçkilərinin qalibi birinci turda müəyyən edilə bilər

Posted by

Türkiyədə Prezident səsvermənin birinci turunda seçilə bilər. Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın siyasi müşaviri Yalçın Ağdoğan belə hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Haber7” telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, hakim partiyanın ölkə prezidenti postuna bir neçə namizədi var.

Ağdoğanın fikrincə, hakim partiyadan namizəd səsvermənin birinci tutunda seçiləcək və ona görə də seçkilərin ikinci turunun zəruriliyi öz-özünə aradan qalxır: “Türkiyədə bələdiyyə seçkilərinin yekunları göstərdi ki, xalq hakim partiyaya güvənir və bu, prezident seçkilərinin gedişinə müsbət təsir göstərəcək”.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.

Əgər namizədlərdən heç biri seçkinin birinci turunda 51 faizdən artıq səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək.

Trend.az