Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün 20 milyon manat ayrılıb

Posted by

Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün 20 milyon manat ayrılıbAztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün 20 milyon manat ayrılıb

Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün 20 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, ünvanlı dövlət sosial yardımına ehtiyacı olanaztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədilə cari ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Trend.az