AzərTAc-ın təşəbbüsü ilə Londonda Azərbaycan-Böyük Britaniya münasibətləri mövzusunda Diplomatik Forum keçirilmişdir

Posted by

AzərTAc-ın təşəbbüsü ilə Londonda Azərbaycan-Böyük Britaniya münasibətləri mövzusunda Diplomatik Forum keçirilmişdir

 

AzərTAc-ın təşəbbüsü ilə Londonda Azərbaycan-Böyük Britaniya münasibətləri mövzusunda Diplomatik Forum keçirilmişdir

AzərTAc-ın təşəbbüsü ilə Londonda Azərbaycan-Böyük Britaniya münasibətləri mövzusunda Diplomatik Forum keçirilmişdir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) xüsusi müxbiri Orxan İsmayılovun təşəbbüsü, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və London Diplomatiya akdemiyasının birgə təşkilatçılığı ilə akademiyada “Azərbaycan-Britaniya münasibətləri” mövzusunda Diplomatik Forum keçirilmişdir.

Forumda müxtəlif universitetlərdən tələbələr ilə yanaşı, akademiyanın müəllim heyyəti də iştirak etmişdir.

Foruma məruzəçi qismində dəvət olunmuş Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan ilə Briləşmiş Krallıq arasındakı siyasi, iqtisadi, mədəni və başqa sahələrdəki sürətlə inkişaf edən əlaqələrin əhəmiyyətini ətraflı təhlil etmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasındakı münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulmuş, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərləri ilə qarşılıqlı əlaqələr daha da gücləndirilmişdir. 2013-cü ilin sonlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Krallığa və onun həmkarı Uilyam Heyqin Azərbaycana qarşılıqlı səfərləri dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında əlamətdar hadisə olmuşdur. Azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarımız haqqında məlumat vermiş, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın böyük əhəmiyyətini vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Qurbanov münaqişə haqqında obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rəsmi Bakının attığı addımlardan bəhs etmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyasını əhəmiyyətini diqqətə çatdırmışdır.

F.Qurbanov iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Məruzədən sonra, F.Qurbanov gələcəkdə diplomat olamğı arzu edən tələbələrə, bu peşədə qarşılaşacaqları çətinliklər və üstünlükləri haqqında məlumat vermişdir.

Daha sonra səfir dinləyicilərin suallarını cavablandırmışdır.

Azərbaycanlı diplomatın məruzəsi iştirakçılarda böyük maraq doğurmuşdur.

Sonda akademiyanın kitabxanasına ölkəmizin, mədəniyyəti, adət-ənənəsi və turizm imkanlarından bəhs edən, həmçinin Azərbaycan ilə bağlı elmi kitablar hədiyyə edilmişdir.

 

AzərTAc.az