“Azərpoçt” “Monex” pulköçürmə sistemi ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Monex” pulköçürmə sistemi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
“APA-Economics”in xəbərinə görə, hazırda Bakı, Abşeron və Sumqayıt poçt filiallarının müştəri xidmətləri şöbəsində “Monex” sistemi üzərindən beynəlxalq pulköçürməsi almaq və göndərmək olar.
Yaxın müddətdə “Azərpoçt” MMC-nin bütün şöbələrində “Monex” sistemi üzərindən pulköçürmələri almaq və göndərmək mümkün olacaq.
Apa.az