Azərbaycanın üç yük “Boeing” təyyarəsi alması üzrə müqavilənin dəyəri açıqlandı
Azərbaycanın “Silk Way West” (yük daşımaları) aviadaşıyıcısının üç “Boeing 747-8” təyyarəsinin alışı üzrə müqavilənin dəyəri 1,1 milyard dolları ötür. Trend xəbər verir ki, bu barədə “Boeing” şirkətinin saytı məlumat verir.
Məlumatda deyilir ki, hazırda tərəflər “Boeing 747-8″ təyyarəsinin alqı-satqı prosesini başa çatdırırlar.
“Silk Way West Airlines” mənzil-qərargahı Bakıda yerləşən “Silk Way Airlines” aviaşirkətinin törəməsidir. Aviaşirkət regionda 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reysləri həyata keçirmək üzrə liderdir.
Trend.az