Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə yola düşüb
Xarici işlər naziri nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikası arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarovun Forumda çıxışı və bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Apa.az