Azərbaycanın Vyetnamdakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Posted by

Azərbaycanın Vyetnamdakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olubAzərbaycanın Vyetnamdakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Azərbaycanın Vyetnamdakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Bu gün Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin vəfat etməsinin 11-ci ildönümünə həsr olunub. Tədbirdə Vyetnam parlamentinin deputatları, Kommunist Partiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, digər dövlət və hökumət qurumlarının üzvləri, diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov açılış nitqində tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, ümummilli liderin müstəqil Azərbaycanın yenidən qurulmasındakı rolundan söhbət açıb. Səfir 1983-cü ildə Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri qismində Hedər Əliyevin Vyetnama səfər etdiyini və bu səfərin tarixən dostluq münasibətləri olan iki ölkə üçün əlamətdar hadisə olduğunu vurğulayıb. O, ölkəmizin müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.

 

A.İmanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Çıxışdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra çıxış edən Vyetnam parlametinin Xarici əlaqələr komitəsinin sədr müavini Nqo Duc Manh Heydər Əliyevin Sovet İttifaqı dövründə, həmçinin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətinin örnək olduğunu vurğulayıb və onun Vyetnamda da çox sevildiyini söyləyib. O, məhz Heydər Əliyevin Vyetnama səfərindən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafında iştirakının və Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayının çoxaldığını diqqətə çatdırıb.

 

Tədbirdə, həmçinin Azərbaycan Dövlət Universitetinin məzunu və Vyetnamın elm və texnologiyalar nazirinin keçmiş müavini Nqhiem Vu Khai çıxış edərək, hələ Azərbaycanda təhsil aldığı illərdə Sovet İttifaqında tanınmış siyasətçi Heydər Əliyevin fəaliyyəti ilə yaxından maraqlandığını və onun çox təcrübəli və zəngin dünyagörüşə malik bir insan kimi hafizəsində qaldığını vurğulayıb.

 

Tədbirdə Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri zamanı onun keçirdiyi görüşlərdə tərçüməçi kimi iştirak etmiş Nqhiep Doan Danh öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, səfər çərçıvəsində Heydər Əliyevin Hanoyda Sovet və vyetnamlı mütəxəssislərin birgə inşa etdikləri “Dostluq” körpüsünün açılışında iştirakından bəhs edib.

 

Tədbir Vyetnam mətbuatında geniş işıqlandırılıb.

 

Trend/az