Azərbaycanın və İtaliyanın Müdafiə nazirliklərinin ekspertləri arasında görüş keçirilib
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, hər iki ölkənin müvafiq qurumlarının hərbi strategiya və müdafiə planlaşdırması üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə müdafiə siyasətinin planlaşdırılması, müxtəlif səviyyəli risklərin idarə olunması, müdafiə qabiliyyətinin inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.
AZƏRTAC