Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin hüquq mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Posted by

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu ölkənin Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb.

Ramil Usubov, həmçinin baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub.

Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC