Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olmuşdur
Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə aprelin 28-29-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkədə işgüzar səfərdə olmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Braziliyanın Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri komandanlıqlarında, eləcə də Müdafiə Sənayesi Katibliyində görüşlər keçirilmiş, tərəflərin müdafiə qurumları arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmış və əsas istiqamətləri müəyyən edilmişdir.
AzərTac.az