Azərbaycanın Müdafiə naziri Qazaxıstanın Baş naziri ilə görüşüb
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri cənab Kərim Məsimov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin Müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.
Trend.az