Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib
Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.
Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən məlumat verir ki, ilkin məlumatlara əsasən, zəlzələ saat 07:26-da Şahbuzdan 58 km şimal-şərqdə – Kəlbəcər ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3 bal, dərinliyi 9 km olub.
Yeraltı təkanlar hiss olunmayıb.
Trend.az