Azərbaycanın ədliyyə tədris müəssisələrinin nümayəndələri Strasburqda seminarda iştirak ediblər

Posted by

Azərbaycanın ədliyyə tədris müəssisələrinin nümayəndələri Strasburqda seminarda iştirak ediblər

Azərbaycanın ədliyyə tədris müəssisələrinin nümayəndələri Strasburqda seminarda iştirak ediblər

Azərbaycanın ədliyyə tədris müəssisələrinin nümayəndələri Strasburqda seminarda iştirak ediblər

Dekabrın 19-20-də Fransanın Strasburq şəhərində Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 2015-2017-ci illər üçün “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində Azərbaycan və Moldova ədliyyə tədris müəssisələrində məhkəmələrin idarə edilməsi sahəsində təlimin inkişaf etdirilməsinə dəstək məqsədilə yekun praktik seminar keçirilib.

 

Seminarda Azərbaycan Respublikası Ədliyyə Akademiyasının təlimçiləri – Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev, Ədliyyə Nazirliyinin əməkdaşı Leyla Zakirova, Sumqayıt Apelyasiya Məhkəməsinin əməkdaşı Yaqub Məmmədli, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri və Moldova Milli Ədliyyə İnstitutunun nümayəndələri iştirak ediblər.

 

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi Azərbaycan Respublikası Ədliyyə Akademiyası tərəfindən layihə çərçivəsində görülmüş işlərə dair hesabatla çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlər, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, layihə çərçivəsində məhkəmə sədrləri, hakimlər və məhkəmə aparatı işçiləri ilə aparılmış təlimlər barədə ətraflı məlumat verib. Layihə çərçivəsində məhkəmələrdə ilk dəfə distant formada təlimin keçirilməsindən, gələcək perspektivlər haqqında danışıb.

 

Azərbaycan Respublikası Ədliyyə Akademiyasının digər təlimçiləri də indiyə kimi keçirilmiş təlimlər, təlim mövzuları, hədəf qrupları, iştirakçıların sayı, ortaya çıxan çətinliklər, təlimdə iştirak edənlərin rəyi barədə məlumat veriblər.

 

CEPEJ və Fransa Milli Ədliyyə Məktəbinin ekspertləri tərəfindən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində görülmüş işlər müsbət qiymətləndirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC