Azərbaycanın ədəbi və mədəni irsi üzrə rəqəmli arxivlər, milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resurslar yaradılacaq

Posted by

Azərbaycan tarixi, vətənpərvərlik mövzuları, ədəbi və mədəni irs üzrə internet resursları (rəqəmli arxivlər) yaradılacaq.

APA-nın verdiyi məlumata görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Strategiyada qeyd edilib ki, informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, ölkəmizin milli-mədəni irsinin qorunub saxlanılmasına və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına diqqət yetirilməsi vacib. Bunun üçün milli kontentin zənginləşdirilməsinə xidmət edən internet resurslarının yaradılmasının dəstəklənməsi, ümumi inkişaf, təhsil, səhiyyə və digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış sistemlərinin inkişaf etdirilməsi, milli-mədəni nailiyyətlərə, yerli xalqların və milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resursların yaradılması və inkişafı, kitabxana, arxiv və muzeylərdə İKT-nin tətbiqinin, elektron kitabxana şəbəkəsinin genişləndirilməsi, ödənişsiz istifadə edilə bilən Azərbaycan dilli proqram təminatlarının hazırlanması və geniş istifadəsinin təmin olunması, gələcək nəsillər naminə mədəni irsin qorunması və rəqəmləşdirmə prosesinin sürətləndirilməsi nəzərdə tutulur. Eyni zamanda məkan məlumatları infrastrukturunun qurulması, o cümlədən müxtəlif təyinatlı coğrafi informasiya və naviqasiya resursları yaradılacaq, onlayn medianın inkişaf etdirilməsi, yeni media vasitələrindən səmərəli istifadəyə dair tədbirlər görüləcək.

Apa.az