Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda keçirilən Beynəlxalq yaz sərgisində iştirak etmişdir
Londonda 55-ci Beynəlxalq yaz sərgisi keçirilmişdir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi sərgidə iştirak etmişdir.
Sərgidə 90-na yaxın ölkənin Britaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
İştirakçı ölkələr milli mətbəxlərindən nümunələr, mədəniyyətlərini və tarixlərini əks etdirən suvenirlər sərgiləmişlər.
Azərbaycan üçün ayrılan stenddə milli geyim nümunələrimiz, ölkəmizin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən suvenirlər, həmçinin xalça nümayiş etdirilmişdir.
Azərbaycan stendi iştirakçılarda və qonaqlarda böyük marağa səbəb olmuşdur.
Xeyriyyə tədbiri şahzadə Aleksandranın himayəsi altında Birləşmiş Krallığın beynəlxalq uşaqları qoruma və ailələri birləşdirmə xeyriyyə cəmiyyəti (CFAB) tərəfindən təşkil edilmişdir.
Gün ərzində stendlərdəki satışlardan əldə olunan vəsait təşkilatçılara ödənilmişdir.
Xeyriyyə tədbirindən əldə olunan vəsait boşanma nəticəsində ailə üzvlərindən ayrılan, miqrasiya, sığınacaq, insan alveri və oğurlanma, eləcə də bu və ya digər səbəbdən müdafiə oluna bilməyən şəxslərə kömək məqsədi ilə istifadə ediləcəkdir.
AzərTac/az