Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qafqaz Biomüxtəlifliyi Sammitinin açılış mərasimində iştirak edib

Posted by

Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti işə başlayıb.

Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılıblar.

Sammitdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tədbirin əlaqələndiricisi Arlo Brady çıxış ediblər.

Tədbirdə Azərbaycan təbiətindən və faunasından, eləcə də IDEA-nın fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunub.

Trend.az