Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti İsveçrədə işgüzar səfərdə olmuşdur

Posted by

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti martın 9-16-da İsveçrədə işgüzar səfərdə olmuşdur.

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi İsveçrənin yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olmuşdur.

Lənkəran, Biləsuvar, Qubadlı, Siyəzən, Culfa, Xızı, Qobustan, Balakən və Ağstafa icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti Bern, Luqano, İnterlaken, Frauenfeld və Şvits şəhərlərinə işgüzar səfərlər etmiş və həmin şəhərlərin rəhbərləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə İsveçrədə yerli idarəetmənin təşkili, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi və s. mövzular ətrafında fikri mübadiləsi aparılmışdır.

AzərTac.az