Azərbaycanın ali məktəblərində diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq

Posted by

Azərbaycanın ali məktəblərində diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq

 

Azərbaycanın ali məktəblərində diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq

Azərbaycanın ali məktəblərində diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq

 

Yaqub Piriyev: “Nazirlikdə diplomların verilməsi ilə məşğul olacaq yeni sektor yaradılacaq”

 

Təhsil Nazirliyi tərəfindən Azərbaycanın ali məktəblərində diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq.

 

APA-nın xəbərinə görə, mətbuat konfransında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev nazirlikdə ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib ki, hər il nazirliyə müxtəlif ali məktəblərdə diplomların gecikdirilməsi ilə bağlı müraciətlər daxil olur.

 

Onun sözlərinə görə, bunların qarşısını almaq üçün Təhsil Nazirliyinin müvafiq şöbəsində diplomların verilməsi ilə məşğul olacaq yeni sektor yaradılacaq: “Yeni sektorda 2-3 nəfər xüsusi olaraq bu işlərlə məşğul olacaq. Payız imtahan sessiyası bitəndən sonra nazirliyə bu il ali məktəbləri bitirəcək tələbələrin sayı barədə məlumat daxil olacaq. Onların adları sistemdə qeyd ediləcək və diplomlara şərti olaraq yazılacaq. İyun ayında diplomları müzakirə edəndə, Ali Attestasiya Komissiyası protokolları tərtib olunandan sonra onlara diplomlar veriləcək. Çalışacağıq ki, bu proseslər 1 ay ərzində başa çatdırılsın. Bu gündən məsələlərin həllinə başlanıb. Yeni sektor diplomların verilməsinin daha şəffaf şəkildə təşkili, bu sahədə daha operativ işlərin görülməsi, burada qeyri-şəffaf halların ortaya çıxmamasına xidmət göstərəcək. İlin əvvəlindən IV kursda təhsil alan tələbələrin sayı barədə məlumat daxil olacaq və artıq tədris ili başa çatana kimi tələbələrin diplomu hazır olacaq”.

 

Nazirlik rəsmisi qeyd edib ki, ali məktəb tələbələrinə diplomların verilməsi üçün heç bir ödəniş tələb olunmamalıdır. Onun sözlərinə görə, diplomların verilməsi tam pulsuz olaraq həyata keçirilir.

 

Apa.az