Azərbaycanla Türkiyə arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə olunub

Posted by

Azərbaycanla Türkiyə arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə olunubAzərbaycanla Türkiyə arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə olunub

Azərbaycanla Türkiyə arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Söhbət əsnasında Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.

 

Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

 

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə sərhəd təlimlərinin keçirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı general-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

Trend.az