Azərbaycanla Norveç gömrük sahəsində əlaqələri genişləndirir

Posted by

Azərbaycanla Norveç gömrük sahəsində əlaqələri genişləndirirAzərbaycanla Norveç gömrük sahəsində əlaqələri genişləndirir

Azərbaycanla Norveç gömrük sahəsində əlaqələri genişləndirir

Oktyabrın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı A. Əliyev Azərbaycanla Norveç arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Qurumun rəhbəri qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.

 

A. Əliyev Azərbaycanla Norveç arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində də genişləndirilməsinin vacibliyini bildirib, bu sahədə perspektivlərdən danışıb, əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

 

Norveçli diplomat təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

 

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Apa.az