Azərbaycanla CAR arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib
Müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının (CAR) Azərbaycandakı səfirini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün müdafiə sənayesi naziri Yavər Camalov CAR-ın Azərbaycandakı səfiri Vika Xumalo ilə görüşüb.
Y.Camalov səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.
Trend.az