Azərbaycanda özəlləşdirilmiş obyektlərin səhmlərini onlayn əldə etmək olar

Posted by

Azərbaycanda özəlləşdirilmiş obyektlərin səhmlərini onlayn əldə etmək olarAzərbaycanda özəlləşdirilmiş obyektlərin səhmlərini onlayn əldə etmək olar

Azərbaycanda özəlləşdirilmiş obyektlərin səhmlərini onlayn əldə etmək olar

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən aparılan birgə işlər sayəsində ƏMDK-nın daha 2 elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

 

Trend-in çərşənbə axşamı MHM-yə istinadən verdiyi məlumata əsasən, bununla da portal üzərindən ƏMDK-nın göstərdiyi elektron xidmətlərin sayı 31-ə çatdı:

 

– İxtisaslaşdırılmış pul hərracı

 

– Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı

 

“İxtisaslaşdırılmış pul hərracı” e-xidməti vasitəsilə özəlləşdirilən obyektlərin səhmlərinin, eləcə də dövlət müəssisəsi və obyektlərinin, avtonəqliyyat vasitələrinin, yarımçıq tikili və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üzrə keçirilən hərracların daha sivil qaydada, elektron şəkildə həyata keçirilməsi mümkün olacaq.

 

“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” e-xidməti vasitəsilə özəlləşdirmə prosesində kiçik dövlət müəssisə və obyektlərinin və dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı reallaşdırılacaq.

 

Beləliklə, Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərarı ilə ƏMDK üzrə təsdiq edilən 27 elektron xidmətin 26-sı portala inteqrasiya edildi.

 

Trend.az