Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar təklif olunur

Posted by

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar təklif olunur

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar təklif olunur

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar təklif olunur

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinin yeni müəssisəyə çevrilməsi, müəssisənin fəaliyyəti ilə bağlı dəyişikliklər, yetkinlik yaşına çatmayan məhkumların törətdikləri cinayətlərdən asılı olaraq islah olunması üçün fərqli rejimlərin tətbiq olunması gözlənilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” qanuna xüsusi maddə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna, Cinayət Məcəlləsinə, o cümlədən bir sıra müvafiq sənədlərə bir qrup deputat tərəfindən eyni məzmunlu dəyişikliklər təklif olunur.

 

Dəyişikliklərə əsasən, 14 yaşdan yuxarı, xüsusilə ağır cinayət törətmiş məhkumlar üçün ayrıca yeni rejimin tətbiq olunması təklif olunur. Burada onlar üçün yeni psixoloji mərkəzin yaradılması, onlarla bağlı hüquqi sahədə fəaliyyət göstərən QHT-lərin iştirakı ilə yeni islahedici layihələrin maliyyələşdirilməsi və bir sıra yeni rejim qaydaları əksini tapıb. Layihədə eyni zamanda yüngül cinayət törətmiş yeniyetmələrin tamamilə ayrı müəssisədə islah olunması, bunun üçün paytaxtdan kənar yeni tərbiyə müəssisənin yaradılması da təklif olunur.

 

Layihəyə əsasən, yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi mahiyyətini daşıyacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər.

 

Sözügedən təkliflər barədə təfərrüatlar “Yuvenal ədliyyə haqqında” layihənin müzakirəsi zamanı açıqlanacaq.

 

Təkliflərin ilin sonuna kimi parlamentdə müzakirələrə təqdim olunması nəzərdə tutulur.

 

Apa.az