Azərbaycanda yeni televiziya kanalının açılması üçün müsabiqə elan edilib
Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.