Azərbaycanda vətəndaşlığına xitam verilən şəxsin patent müvəkkili statusu ləğv ediləcək

Posted by

Azərbaycanda vətəndaşlığına xitam verilən şəxsin patent müvəkkili statusu ləğv ediləcəkAzərbaycanda vətəndaşlığına xitam verilən şəxsin patent müvəkkili statusu ləğv ediləcək

Azərbaycanda vətəndaşlığına xitam verilən şəxsin patent müvəkkili statusu ləğv ediləcək

Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişiklik edib.

 

APA-nın məlumatına görə, Əsasnaməyə əsasən indiyə qədər patent müvəkkilinin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi patent müvəkkilinin dövlət reyestrindən çıxarılması üçün əsas kimi qəbul edilib.

 

Dəyişikliyə əsasən bundan sonra patent müvəkkilinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi patent müvəkkilinin dövlət reyestrindən çıxarılması üçün əsas kimi qəbul ediləcək.

 

Qeyd edək ki, Azərbaycan ərazisində daimi yaşayan, Azərbaycan dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınan Azərbaycan vətəndaşı patent müvəkkili ola bilər. Patent müvəkkili vəkalət verənin tapşırığına əsasən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə iddia sənədinin tərtibi, verilməsi, müvafiq mühafizə sənədinin alınması, qüvvədə saxlanması və digər hüquqi əhəmiyyətli işləri yerinə yetirir, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə hüquqların həyata keçirilməsində, o cümlədən hüquqların verilməsi, lisenziya müqavilələrinin bağlanması məsələlərində vəkalət verəni təmsil edir, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində və onun tabeliyində olan təşkilatlarda, məhkəmədə, digər orqanlarda iddiaçı və ya cavabdeh kimi öz səlahiyyətləri çərçivəsində vəkalət verəni təmsil edir, sənaye mülkiyyətinin mühafizəsi sahəsində vəkalət verənə məsləhətlər verir. Patent müvəkkilinin vəkalət verənə xidmət göstərərkən ondan haqq almaq hüququ var.

 

 

Apa.az