Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlandı
2013-cü ildə doğulan oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər və Məhəmməd adları qoyulub
Qız uşaqlarına qoyulan adlar sırasında isə Zəhra, Nuray, Fatimə, Ayan və Aylin adları çoxluq təşkil edib.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildirilib.
Qeyd edək ki, ötən il Azərbaycanda doğulan uşaqların sayı artıb. 2012-ci ildə ölkədə 168 183 uşaq dünyaya gəlmişdisə, ötən il bu göstərici 3,3% artaraq 173 666 nəfər olub.
Baş İdarənin müvafiq qurumlarına soyad sonluqlarının dəyişdirilməsi üçün müraciət edənlərin də sayı artıb. 2012-ci ildə bununla bağlı 2479 nəfər müraciət etmişdisə, ötən il bu rəqəm 2497 nəfərə çatıb.