Azərbaycanda tikinti materiallarının satışına dair tələblər müəyyənləşib

Posted by

Azərbaycanda tikinti materiallarının satışına dair tələblər müəyyənləşib

Azərbaycanda tikinti materiallarının satışına dair tələblər müəyyənləşib

Azərbaycanda tikinti materiallarının satışına dair tələblər müəyyənləşib

Azərbaycanda tikinti materiallarının satışına dair tələblər müəyyənləşib.

 

APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.

 

Qaydalara əsasən, meşə materialları və taxta-şalban (dəyirmi meşə materialları, tir, taxta, emal üçün yararlı şalban yanı və s.), ağacdan hazırlanan məmulatlar və ya ağac materialları (taxta hissələr, qapı və pəncərə blokları, bağ evlərinin, təsərrüfat tikililərində istifadə olunan dəstlər və s.), tikinti materialları (kərpic, sement, çınqıl, qum, özül və səki blokları, dəmir-beton sütunları, dam örtüyü materialları, su və istilik keçirməyən materiallar, şüşə və s.), metal məmulatları (borular, bərkidici məmulatlar, yayma profil materialları, məftil, metal tor və s.), alətlər (metal və ağac emalı üçün əl alətləri, ölçü alətləri, rəngsazlıq işləri üçün alətlər və s.), tikinti məmulatları (sanitar-texniki avadanlıqlar, qıfıl-pərçim (dəmirbənd) məmulatları, divar kağızları, linoleum, süni bəzək materialları və s.) satışqabağı hazırlıq əməliyyatlarından (komplektliyinin, malın keyfiyyəti və onun istehsalçısı barədə zəruri məlumatların mövcudluğunun yoxlanılması, çeşidlərə ayrılması və s.) keçirilməlidir.

 

Tikinti materialları və məmulatları ölçülərinə, markasına, növlərinə, istifadə təyinatına, istehlak xüsusiyyətlərinə və s. əlamətlərinə görə qruplaşdırılaraq yığılmalıdır. Tikinti materiallarının və məmulatlarının istehlakçı tərəfindən seçilməsi və götürülməsi ticarət zalında və ya anbar məntəqələrində həyata keçirilə bilər. Təbəqəli şüşə bütöv şəkildə, yaxud istehlakçının göstərdiyi ölçülərdə kəsilib satılır. Eni 20 sm-ə qədər olan şüşə qalıqları dəyəri ödənilmək şərti ilə, istehlakçıya əsas malla birlikdə verilir. Çəkisinə görə satılan qablaşdırılmamış bərkidici məmulatlar xüsusi avadanlıqlarla və ölçü cihazları ilə təchiz edilmiş yerlərdə satılmalıdır.

 

Satıcı tikinti materialları və məmulatlarının satışı zamanı istehlakçıya hər bir malın xüsusiyyətlərini nəzərə alaraq onun materialı, markası, tipi, ölçüsü və digər əsas göstəriciləri haqqında məlumat verməlidir. Satıcı istehlakçıya aldığı malın çəkisini, ölçüsünü və növünü yoxlamaq üçün hər cür şərait yaratmalıdır. Bu məqsədlə dəyirmi ağac materiallarının və taxta-şalbanın sıx kub kütləsinə çevrilməsi əmsallarını, taxta-şalbanların kubaturalarını və onların ölçmə qaydalarını əks etdirən məlumat istehlakçının görə biləcəyi yerdə yerləşdirilməlidir. İstehlakçının tələbinə əsasən satıcı onu standartlarla müəyyən edilən tikinti materiallarının və məmulatlarının ölçülməsi qaydası ilə tanış etməlidir.

 

Müəyyən komplektdə olan tikinti materialları və məmulatları istehlakçıya təhvil verilərkən, tərəflərin iştirakı ilə komplektə daxil olan məmulatların, eyni zamanda bu mala aid olan sənədlərin, o cümlədən komplektə daxil olan tikinti materiallarının siyahısının, quraşdırma təlimatının mövcud olması yoxlanılmalıdır. Tikinti materiallarının satışı zamanı ətrafdakı obyektlərə, insanların və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneçilik yaradılmamalı, ətraf mühitin çirklənməsinə və əhalinin narahatlığına səbəb olan (səs-küy, toz və s.) hallara yol verilməməlidir.

 

Apa.az