Azərbaycanda sürücülər cərimələri yeni üsulla ödəyə biləcəklər

Posted by

Azərbaycanda sürücülər cərimələri yeni üsulla ödəyə biləcəklərAzərbaycanda sürücülər cərimələri yeni üsulla ödəyə biləcəklər

Azərbaycanda sürücülər cərimələri yeni üsulla ödəyə biləcəklər

Azərbaycanda yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin onlayn ödənişi xidməti tətbiq ediləcək. Bu barədə Trend-ə avtomatlaşdırılmış sistemin yaradılması layihəsinin rəhbəri Cəmil Şirinov bildirib.

 

Onun sözlərinə görə, layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

C.Şirinov bildirib ki, hazırda proqramı təşkil edən sistemin hazırlanması başa çatıb və həftənin sonunda veb-interfeysin yaradılmasının yekunlaşacağı gözlənilir: “Sistem bir ay ərzində sınaq yoxlamasından keçəcək və ilin sonuna kimi tam işlək olacaq. Layihə çərçivəsində YHQ pozulmasına görə cərimələrin bank və kredit kartları, SMS, eləcə də ödəniş terminallarının vasitəsilə internetin köməyi ilə ödənilməsi inkanlarına baxılması nəzərdə tutulur. İnternet ödənişləri üçün terminal.az resursu yaradılıb və o, hazırda nümayiş rejimindədir”.

 

Layihə rəhbərinin sözlərinə görə, saytda qeydiyyatdan keçərkən avtonəqliyyat vasitəsinin sahibi “şəxsi kabinet”ə giriş imkanı əldə edəcək. O, burada özünün YHQ pozuntusu, foto və videomateriallarla ətraflı tanış olacaq. Bundan başqa, cəriməni Daxili İşlər Nazirliyinin internet səhifəsində ödəmək də mümkün olacaq: “YHQ pozulması video-müşahidə kameraları tərəfindən qeydə alınacaq. Sürücünün YHQ pozması hadisə yeri göstərilməklə, fotoşəkillər və videomateriallar əlavə olunmaqla onun elektron ünvanına göndəriləcək. Sürücünün operativ şəkildə xəbərdar edilməsi üçün SMS-lə məlumat göndərilməsi də nəzərdə tutulur”.

 

Trend.az