Azərbaycanda saxlanılmış erməni qarşı tərəfə qaytarılıb

Posted by

Azərbaycanda saxlanılmış erməni qarşı tərəfə qaytarılıb

Azərbaycanda saxlanılmış erməni qarşı tərəfə qaytarılıb

Azərbaycanda saxlanılmış erməni qarşı tərəfə qaytarılıb

Azərbaycan ərazisində 16 gün əvvəl saxlanılmış erməni bu gün Ermənistan tərəfinə qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 20 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Füzuli rayonu, Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılmış erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç 06 may 2014-cü il tarixdə, Azərbaycan Respublikası Ağdam rayonu Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

 

Trend.az