Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı 63 minə yaxındır

Posted by

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı 63 minə yaxındırAzərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı 63 minə yaxındır

“Azərbaycanda bu ilin 9 ayı ərzində 2722 nəfər qadına və 8 mindən artıq uşağa sosial müavinət hesablanaraq ödənilib”.

 

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

 

O qeyd edib ki, hər il sosial müavinətlər artırılır və müxtəlif kateqoriyalardan olan uşaqlara şamil edilir: “Bu ilin 9 ayı ərzində 72790 yeni doğulmuş uşaqlarının hər birinə 90 manat məbləğində birdəfəlik müavinət ödənilib. Müxtəlif kateqoriyalardan olan şəxslərin, xüsusilə də Qarabağ əlilləri, şəhid ailələri, həlak olan hərbçilərin uşaqlarını bakalavr və magistratura təhsili ərzində dövlət büdcəsi hesabına təhsil haqqı da ödəniləcək”.

 

Nazir müavini deyib ki, ötən ildən etibarən nazirlik tərəfindən 15 istiqamət üzrə sosial sifarişlər elan edilib: “Bu il isə 24 istiqamət üzrə sosial sifariş elan edilib və QHT-lər bu layihələri çox böyük uğurla həyata keçiriblər. Bu layihələr yetkin yaşına çatmayanların hüquq pozuntularının profilaktikası, sosial təhlükəli olan və yetkinlik yaşına çatmayan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı olub. Sağlamlıq imkanları məhdud olan uşaqların sayı bu gün 63 minə yaxındır”.

 

Apa.az

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı 63 minə yaxındır