Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları lisenziyalaşdırılır

Posted by

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları lisenziyalaşdırılırAzərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları lisenziyalaşdırılır

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları lisenziyalaşdırılır

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları lisenziyalaşdırılacaq.

 

“APA-Economics”in məlumatına görə, bu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Nəqliyyat nazirinin müavini Musa Pənahov deyib ki, ekskursiyaya gedən, turizm daşımaçılığı həyata keçirən sərnişin avtobusları lisenziya olmadan fəaliyyət göstərirdi. Qanun qəbul edildikdən sonra, qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olanlar da lisenziya almalı olacaq: “Lisenziya alanda texniki baxış və digər sənədləri təqdim olunur. Gələcəkdə xoşagəlməz hadisənin qarşısını almaq üçün bu çox vacib amildir”.

 

Bundan başqa, qanun layihəsində avtovağzalların pasportlaşdırılması üçün müəyyən rüsumun ödənilməsi nəzərdə tutulub.

 

Nazir müavini əlavə edib ki, texniki-təminat müəssisələrinin lisenziyalaşdırılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır: “Hazırda ölkədə nəqliyyat vasitələrinin təmir olunması və onlara texniki baxışın həyata keçirilməsi ilə məşğul olan çoxlu texniki-təminat müəssisələri var. lakin bu müəssisələrin fəaliyyəti tənzimlənmirdi. Bu qanun layihəsində də bu fəaliyyətin tənzimlənməsi məsələsi nəzərdə tutulub. Onların lisenziyalaşdırılması da son nəticədə sərnişinlərə xidmətin daha da yaxşılaşmasına və daşımaların təhlükəsizliyinin təminatına xidmət edir”.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

 

Apa.az