Azərbaycanda qarşısı alınan erkən nikahların sayı məlum oldu

Posted by

Azərbaycanda qarşısı alınan erkən nikahların sayı məlum olduAzərbaycanda qarşısı alınan erkən nikahların sayı məlum oldu

Azərbaycanda qarşısı alınan erkən nikahların sayı məlum oldu

“Erkən nikah məsələləri, qız uşaqlarının təhsildən yayındırılması hər ölkədə olan problemlərdir”. Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” konfransında çıxışında deyib.

 

H.Hüseynova qeyd edib ki, əfsuslar olsun ki, bəzi təşkilatlar bu problemlə bağlı rəqəmləri şişirdib düzgün məlumatlar çatdırmırlar: “Biz yerli icra hakimiyyəti nümayəndələri ilə bu istiqamətdə iş aparırıq, onlara mühazirələr deyilir, bu məsələlər izah edilir. Bizim rayonlarda 11 mərkəzimiz var və onlar bu istiqamətdə səmərəli iş aparırlar”.

 

Onun szölərinə görə, ötən il Azərbaycanda 15 erkən toyun qarşısı alınıb: “Bu il biz 7-8 belə toyu dayandırmışıq. Bizim nümayəndələrimiz belə ailəyə mesaj göndərirlər ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz və sizə qarşı cinayət işi açıla bilər. Qız uşağına imkan yaradılmalıdır ki, təhsil alsın və sonra ailə qursun”.

 

Trend.az