Azərbaycanda qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi hazırlanır

Posted by

Azərbaycanda qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi hazırlanırAzərbaycanda qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda “Qaçqın və köçkünlərin geri dönməsi ilə bağlı repatrasiya haqqında” qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sərdi Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

 

Komitənin yaz sessiyası qanunvericiliyinin işlər planı haqqında danışan H.Rəcəbli bildirib ki, yaz sessiyasında iki – “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq.

 

H.Rəcəbli qeyd edib ki, “Əlillərin hüquqları haqqında” qanun layihəsi əvvəllər qəbul olunan “Əlilliyin qarşısının alınması haqqında” qanunun yenidən işlənilmiş variantıdır: “Çünki həmin qanun aktuallığını qismən itirmişdi. Buna görə də onu yenidən işləmək ehtiyacı yaranmışdı”.

 

H.Rəcəbli əlavə edib ki, bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

 

Trend.az