Azərbaycanda POS-terminalların sayı 80 minə çatdırılacaq

Posted by

Azərbaycanda POS-terminalların sayı 80 minə çatdırılacaq

Azərbaycanda POS-terminalların sayı 80 minə çatdırılacaq

Azərbaycanda POS-terminalların sayı 80 minə çatdırılacaq

Yaxın bir ildə Azərbaycan ərazisində POS-terminalların sayının 80 minə çatdırılması nəzərdə tutulub. “APA-Economics”in məlumatında görə, bu barədə Vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.

 

Nazir bildirib ki, ölkədə maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə zərurət yaradır. Bu məqsədlə POS-terminallar müəyyən edilmiş meyarlara cavab verən obyektlərdə aidiyyəti banklarla birlikdə quraşdırılacaq.

 

Apa.az