Azərbaycanda “İpəkçilik Ensklopediyası” hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzi “İpəkçilik Ensklopediyası” hazırlayır.
Trend Akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, “İpəkçilik lüğəti” kitabı kimi çap edilməsi düşünülən nəşrin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “İpəkçilik Ensklopediyası” şəklində hazırlanmasına qərar verilib.
Ensiklopediyada son dövrlərə qədər Azərbaycanın əsas ipəkçilik regionlarından olan Şəki-Zaqatala və Şamaxı ipəkçiliyi barədə mühüm məlumatlar toplanacaq.
Trend.az